Xəbər lenti

Səhiyyə Nazirliyindən sonuncu ana ölümü ilə bağlı AÇIQLAMA
Ölkə09:26 20.12.2013

Səhiyyə Nazirliyindən sonuncu ana ölümü ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhiyyə Nazirliyi 5 saylı Doğum Evində qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra ana Z.Göyüşovanın ölümü ilə bağl açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə nazirliyinin Doğuşa Yardım Komissiyası tərəfindən araşdırılacaq.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün 5 saylı Doğum Evində qeydə alınıb. Qaradağ Rayonu Ələt qəsəbə sakini, 1982-ci il təvəllüdlü Züleyxa Xudaverdi qızı Göyüşovanın qız övladı dünyaya gəlib. Lakin qeysəriyyə əməliyyatı ilə aparılan doğuşdan sonra Z. Göyüşovanın səhhəti pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


Qaynar.info