Xəbər lenti

Səhiyyə Nazirliyinə tabeli quruma protokol yazıldı
Ekonomiks 17:46 01.04.2024

Səhiyyə Nazirliyinə tabeli quruma protokol yazıldı

Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti yol hərəkəti qaydalarını pozmaqda ittiham edilir. 

Qaynarinfo xəbər verir ki, qurum barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə iş başlanıb. 

Bu maddə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi ilə əlaqədardır.

347-ci maddəyə əsasən, vəzifəli şəxslər 150 manat məbləğində, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

İş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Anar İbadzadə iş üzrə hakim təyin edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->