Sənət 11:54 06.02.2024

Səhnədə yıxılan Xalq artisti yeriyə bilmir

"Həkimlər hələ evdən çıxmağa icazə vemirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətindən danışarkən deyib. Aktyor ev şəraitində yavaş-yavaş gəzdiyini bildirib:
 
"Əməliyyat olunandan xeyli vaxt keçir. Amma hələ də tam yeriyə bilmirəm. Həkimlər deyir ki, sinirlər tam qaydasında düşəndən sonra hara istəyirsən gedə bilərsən. Damarlarım hələ tam möhkəmlənməyib”. 

Rafiq Əzimov teatrda yeni aldığı rollarına görə, narahat olduğunu vurğulayıb:

"Rollarım var, məşqlər gedir. Yeriyə bilmədiyindəm teatra gedə bilmirəm. Mehriban Ələkbərzadə ad günüm ilə bağlı bizə gəlmişdi, məni təbrik etdi, bildirdi ki, narahat olma, tamam sağal sonra gələrsən”. 

Qeyd edək ki, Xalq artisti Rafiq Əzimov bir müddət öncə teatrda tamaşa oynayarkən səhnədə yıxılıb. Ayağı büdrəyən aktyor əməliyyat olunub. 

Bahar Rüstəmli