Xəbər lenti

Şəhriyar Məcidzadə saxlanıldı - FOTOLAR + YENİLƏNİB
Ölkə12:30 19.02.2014

Şəhriyar Məcidzadə saxlanıldı - FOTOLAR + YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

16:30

Baş redaktorun saxlanıldığı yer dəqiqləşib.  

“Axar.az” əməkdaşı hadisə yerindən xəbər verir ki, Baş redaktor Şəhriyar Məcidzadə hazırda Bakı Şəhər Baş Polis İdarəsində saxlanılır. Milli Fikir Mərkəzinin üzvləri və Şəhriyar Məcidzadənin dostları Bakı Polis İdarəsinin qarşısına toplaşıblar.

****

14:30

Milli Fikir Mərkəzinin rəhbəri, Etatist.com internet qəzetininbaş redaktoru Şəhriyar Məcidzadə saxlanılıb.

Bu barədə Qaynar.info-ya jurnalist Tural Qurbanlı məlumat verib. Bir neçə gün əvvəl MFM-in təşkilatçılığı ilə Kabus ləqəbi ilə tanınan reperin konserti keçirilməli idi. Lakin polis konsertə icazə verməmişdi. 

Buna etiraz olaraq Şəhriyar Məcidzadə və digər MFM üzvləri bu gün şəhərin  mərkəzində aksiya keçirmək qərarına gəliblər. Aksiya zamanı Ş. Məcidzadə mülki geyimlilər tərəfindən saxlanılaraq 10 GV 543 nömrəli Pajero markalı maşınla apaırlıb.

Onun hara aparılması barədə məlumat yoxdur.

Qaynar.info