Dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə uğursuz start verən azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov adından söz etdirə bilib.
ANS PRESS-in məlumatına görə, turnirin əsas favoritlərindən biri olan erməni Levon Aronyanı məğlub etməyi bacaran Şəhriyar Məmmədyarov bu dəfə hindistanlı Vişvanatan Ananddan xal ala bilib.
İlk dövrədə ağ fiqurlarla rəqibinə uduzan təmsilçimiz revanş arzusunda olsa da, istəyini həyata keçirə bilməyib. Məmmədyarov 30-cu gedişdə sabiq dünya çempionu ilə “sülh” bağlayıb.
Qeyd edək ki, turnir cədvəlinə Anand başçılıq edir. Onun aktivində 6,5 xal var. Şəhriyar Məmmədyarov 5 xalla 3-cü pillədədir. Qaynar.info