Xəbər lenti

Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi
İdman15:47 17.12.2020

Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə "Tata Steel Chess Tournament”də iştirak etməyəcək.
Apasport.az saytının məlumatına görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.
Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.
Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.
Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.