Xəbər lenti

Şəhriyar Məmmədyarov çempion oldu
İdman17:35 24.07.2019

Şəhriyar Məmmədyarov çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran-prisində çempion olub.
 
Qaynarinfo xəbər verir ki, 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3.  
Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. 
Qeyd edək ki, FIDE Qran-priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodur.