Xəbər lenti

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi
İdman05:51 01.03.2022

Şəhriyar Məmmədyarov dünya reytinqində irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, cədvəlin ilk "10-luğ"unda Azərbaycanın bir təmsilçisi yer alıb. Şəhriyar Məmmədyarov 2 pillə irəliləyərək 2776 xalla 7-ci pillədə yer alıb. Teymur Rəcəbovun 2 753 xalla 14-cü sıradakı mövqeyini qoruyub.
Qədir Hüseynov (2661) 5 pillə irəliləyərək 72-ci, Rauf Məmmədov isə 7 pillə irəliləyərək (2656) 80-ci olub.
Siyahıya norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.