Xəbər lenti

Şəhriyar Məmmədyarov ermənini məyus etdi
İdman06:25 24.03.2014

Şəhriyar Məmmədyarov ermənini məyus etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həmyerlimiz növbəti turda qara fiqurlarla keçmiş dünya çempionu Ananda qarşı oynayacaq

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən İddiaçılar Turnirində 9-cu turun görüşləri başa çatıb. ANS PRESS-in xəbərinə görə, bu turda Şəhriyar Məmmədyarov Levon Aronyanla üz-üzə gəlib. Birinci dövrədə rəqibinə məğlub olan şahmatçımız bu dəfə oyunu öz xeyrinə dəyişməyi bacarıb 1:0.

Beləliklə, Məmmədyarov 9 turdan sonra aktivinə 4.5 xal yazaraq, Karyakin və Kramniklə bərabər 3-5-ci yerləri bölüşdürür. Anand isə 6 xalla hələlik liderliyini qoruyub.

Aronyan 5 xalla 2-ci, Andreykin və Svidler 4 xalla 6-7-ci, Topalov isə 3.5 xalla sonuncu pillədədir.

Martın 25-də keçiriləcək növbəti turda həmyerlimiz qara fiqurlarla keçmiş dünya çempionu Ananda qarşı oynayacaq.

Qaynar.info