Xəbər lenti

Şəhriyar Məmmədyarov Rauf Məmmədova qalib gəldi
İdman17:53 20.12.2021

Şəhriyar Məmmədyarov Rauf Məmmədova qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin 4-cü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəlib.
Qaynarinfo xəbər verir ki, ilk 2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb.
Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb.
Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb.
V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb - 0:2.