Xəbər lenti

Şəhriyar Məmmədyarovun sponsorluq qiyməti açıqlandı (VİDEO)
İdman08:37 30.08.2018

Şəhriyar Məmmədyarovun sponsorluq qiyməti açıqlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Facebook statusu Azərbaycanda idman marketinqinin vəziyyətini müzakirə mövzusuna çevirib.
Ölkədə bu sahədə vəziyyət REAL TV-nin efirində müzakirə olunub. "REAL İntervyu” proqramına qonaq olan marketoloq Pərviz Əzimov idman marketinqindəki çatışmazlıqlardan danışıb və çıxış yolları ilə bağlı təkliflərini səsləndirib:
"1 il yarımlıq sponsorluq paketi üçün 500 min AZN, 1 illik paket 300 min AZN-dir. Bununla yanaşı, 50 AZN-lik kiçik paketlər də var. Ancaq bu paketləri satmaq istəmirlər və bunun üçün haqlı səbəbləri var. Şəhriyarın menecerləri 300 min AZN-lik paketi satmaq istəyir".