Xəbər lenti

Səid Mollayi: "Ailəm əslən azərbaycanlıdır, mədəniyyətimizi və dilimizi yaxşı bilirəm"
İdman08:40 16.05.2022

Səid Mollayi: "Ailəm əslən azərbaycanlıdır, mədəniyyətimizi və dilimizi yaxşı bilirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səid Mollayinin Azərbaycan bayrağı altında çıxış edəcəyi dəqiqləşib.
Qaynarinfo xəbər verir ki, bu haqda Avropa Cüdo Birliyinin saytında dərc edilmiş məqalədə məlumat yer alıb. Səidin -81 kq çəki dərəcəsində Azərbaycan milli yığma komandasında yer alması hər iki tərəf üçün ən perspektivli addım kimi qiymətləndirilib.
Səid də yeni vətəndaşlığı ilə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan bayrağı altında çıxış edəcəyi üçün qürur duyduğunu deyib: "Mənim ailəm əslən azərbaycanlıdır, mən mədəniyyətimizi və dilimizi yaxşı bilirəm. İnanıram ki, Paris Olimpiya Oyunlarında nəticəm Tokiodaki qazandığım uğurdan daha da yüksək olacaq”.
Almaniyada dəfələrlə təlim-məşq toplanışında iştirak edən Səid, Azərbaycanın böyüklərdən ibarət milli yığmasının baş məşqçisi Riçard Trautmanı təcrübəli və yüksək nəticəsi olan məşqçi kimi tanıdığını bildirib. Onun sözlərinə görə Riçard Trautman kimi peşəkar məşqçinin nəzarəti altında o yüksək nailiyyətlər əldə edəcək.
Avropa Cüdo Birliyi qeyd edir ki, Səid Mollayi dəfələrlə cüdoya bağlı olduğunu sübut edib. Cüdonun ən vacib dəyərlərindən biri olan cəsarət hissinə köklənib və qarşısına çıxan bütün maneələri aşaraq, məqsədə doğru getməyi yaxşı bacardığını nümayiş etdirib: "Çox çətin həyatım olub, lakin indi azad insan olduğum üçün xoşbəxtəm. Mən həmişə dünyaya göstərmişəm ki, cəsur insanlar hər zaman qalib gəlir”. 
Səbuhi Həsənov