Xəbər lenti

Şəkidə iki müxalifətçi həbs olundu
Ölkə11:55 08.02.2017

Şəkidə iki müxalifətçi həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Şəki rayon təşkilatı Gənclər Komitəsinin sədri Şamir Həsənov fevralın 8-də rayon məhkəməsinin qərarı ilə 23 sutka inizbati qaydada həbs edilib.
Bu barədə Turan-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, Ş.Həsənov fevralın 7-də saxlanılan partiya təşkilatınn sədri İslam Həsənova yemək apararkən tutulub: “Onu polisə müqavimətdə təqsirli biliblər. Bizə verilən xəbərlərə görə Ş.Həsənova polis şöbəsində işgəncə verilib, ona hansısa sənədə imza atdırıblar, fevralın 8-də isə məhkəmə önünə çıxarıblar”.
Xatırladaq ki, AXCP Şəki təşkilatının sədri İslam Həsənov polis tərəfindən fevralın 6-da saxlanılıb. Onu yol polisi ilə mübahisə etdiyinə görə saxlayıblar, fevların 7-də isə yerli məhkəmə ona 25 sutka inzibati həbs verib.
Qaunarinfo.Az