Xəbər lenti

Şəmistan Əlizamanlıdan Leyla Yunusla bağlı açıqlama
Ölkə07:07 15.08.2014

Şəmistan Əlizamanlıdan Leyla Yunusla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmistan Əlizamanlı: “Leyla Yunusla bağlı prokurorluğa çağırılmamışam”

“Ümumiyyətlə, Leyla Yunus məsələsinə qarışmaq fikrim yoxdur”. 

Bunu Modern.az-a açıqlamasında tanınmış diktor, hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı deyib.

Onun sözlərinə görə, hüquq müdafiəçisi Leya Yunus həbs edildikdən sonra məsələ ilə bağlı Baş Prokurorluğa çağırılması haqda yayılan informasiya doğru deyil: “Bu məsələ mənim üçün əhəmiyyət kəsb etmir. Leyla Yunus həbs ediləndən sonra Baş Prokurorluğa da çağrılmamışam. Bu xəbərlər yalandır”.

Qeyd edək ki, hüquq müdafiəçisi Leya Yunus həbs edildikdən sonra Baş Prokurorluqda bir çox şəxslər dindirilib. Dindirilənlər arasında “El” hərəkatının sədri  Eldar Namazov, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova, “Ayna”-“Zerkalo” qəzetinin baş redaktoru  Elçin Şıxlı,  hərbi ekspert  Üzeyir Cəfərov da var. Dindirilənlər arasında Şəmistan Əlizamanlının da olduğu deyilir.

1992-ci ildə Leyla Yunusun Şəmistan Əlizamanlını cəbhəyə sürgün etməsi haqqında fikirlər də səsləndirilir.

Qaynar.info