
Futbol üzrə Azərbaycan I dəstəsinin dünən keçirilən "Şəmkir" - "Şahdağ" oyununda dünyada nadir qeydə alınan qollardan birinə imza atılıb.
Qaynar.info xəbər verir ki, Qusarın "Şahdağ" klubunun futbolçusu Şahin Məmmədovun 54-cü dəqiqədə uzaq məsafədən vurduğu qol birbaşa qapıya daxil olub.
Qeyd edək ki, Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən bu oyun 2:2 hesabı ilə başa çatıb. Həmin qola 1.56-cı dəqiqədən etibarən baxa bilərsiniz.
Qaynar.info