Şəmkir rayonunda itgin düşən qız tapılıb.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, Şəmkir rayonun Kür qəsəbəsində yanvar ayının 6 da itgin düşən Xəyalə Həsənova tapılıb.
Daxili İşlər Nazirliyinin Qərb Regional bölməsindən verilən məlumata görə, X.Həsənova Sumqayıt şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.