Xəbər lenti

Şəmkirdə maşın sürüyə girdi - 26 qoyun tələf oldu
Ölkə19:59 08.11.2016

Şəmkirdə maşın sürüyə girdi - 26 qoyun tələf oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində avtomobil qoyun sürüsünə çırpılıb.

APA-nın xəbərinə görə, Gəncə şəhər sakini Nizami Quliyevin idarə etdiyi “Mazda” markalı avtomobil yolu keçən qoyun sürüsünə çırpılıb. Nəticədə Könüllü kənd sakinlərinə məxsus 150 baş xırdabuynuzlu heyvandan 26-sı tələf olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Qaynarinfo.Az