Xəbər lenti

Şəmsiyyə Bəylərqızı aclıq aksiyasına başlayıb
Ölkə08:20 07.06.2013

Şəmsiyyə Bəylərqızı aclıq aksiyasına başlayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymanin şikayəti əsasında həbs olunan və hazırda məhkəməsi davam etdirilən Şəmsiyyə Bəylərqızı aclıq aksiyasına başlayıb. 

Bu barədə APA-ya Ş. Bəylərqızının vəkili Elçin Sadıqov məlumat verib. E. Sadıqov Bakı İstintaq Təcridxanasında saxlanılan Ş. Bəylərqızının məhkəmənin onun işinə qərəzli baxmasına etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Qeyd edək ki, Ş. Bəylərqızı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ş. Bəylərqızının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Qaynar.info