Xəbər lenti

Şəmsiyyə Bəylərqızına hökm oxundu
Ölkə08:00 26.06.2013

Şəmsiyyə Bəylərqızına hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymaninin şikayəti ilə həbs edilmiş Şəmsiyyə Bəylərqızına hökm oxunub.

Bu barədə “Bizim Yol” qəzetinə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin bildirdiyinə görə, Şəmsiyyə Bəylərqızı CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Şəmsiyyə Bəylərqızı sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Ş.Bəylərqızı ötən ilin iyul ayında Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub. Ə. Süleymani Daxili İşlər Nazirliyinə etdiyi şikayətində Ş. Bəylərqızının ona qarşı dələduzluq etdiyini və 741 min ABŞ dolları məbləğində pulunu mənimsədiyini bildirib. Həmin şikayət əsasında Ş. Bəylərqızına qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Qaynar.info