Xəbər lenti

Sənan Qurbanovun istefası qəbul edildi
İdman09:39 16.04.2022

Sənan Qurbanovun istefası qəbul edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şamaxı" klubu baş məşqçi Sənan Qurbanovun istefasını qəbul edib.
Bölgə təmsilçisinin Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, klub rəhbərliyinin qərarı ilə baş məşqçi vəzifəsinin icrası Rüstəm Əliyevə tapşırılıb.
Komandanın sabiq futbolçusu Rail Məlikov isə "Şamaxı-2"nin baş məşqçisi olub.
Qurbanov "Qarabağ"a 0:8 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra istefa verib. Rail Məlikov "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları XXII tur matçından əvvəl karyerasını bitirib.