Xəbər lenti

Sənət adamları Gülbahar Şükürlünün dəfninə niyə qatılmayıb? - Xalq artistindən açıqlama
Sənət 18:06 06.01.2024

Sənət adamları Gülbahar Şükürlünün dəfninə niyə qatılmayıb? - Xalq artistindən açıqlama

"Yəqin sənət adamları Gülbahar Şükürlünün ölüm xəbərini eşitməyiblər. Bilsəydilər dəfnə gələrdilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Firuz Əliyev sənət adamlarının qarmon ifaçısı Gülbahar Şükürlünün dəfn mərasiminə qatılmamasından danışarkən deyib. 

Firuz Əliyev yanvarın 7-də 3 mərasimin keçiriləcəyini qeyd edib:

"Dəfn elədik. Sabah da 3 mərasimidir. Kim istəsə gələr. Gülbahar xanım hər şeyin yerini bilən biri idi. Oğlu, qızı var. Rəhmətlik ərindən sonra həyata küsdü, yaşamaq istəmədi, sonra da vəziyyəti dəyişdi, xəstəlik tapdı. Bu da axırı. Həyat yoldaşını yanında dəfn elədik, vəsiyyət edibmiş”.

Qeyd edək ki, Əməkdar artist Gülbahar Şükürlü uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qarmon ifaçısının dəfn mərasiminə Xalq artistləri Firuz Əliyev, Aygün Səmədzadə və müğənni Elnur Məmmədovdan başqa sənət adamı qatılmayıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->