Futbol üzrə Türkiyə milli komandasının yeni təyin edilən baş məşqçisi Şenol Güneş işinə vaxtından əvvəl başlaya bilər.
Qaynarinfo xəbər verir ki, mütəxəssis AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində mart ayında keçiriləcək oyunlarda texniki zonada əyləşə biləcək. 66 yaşlı Güneş məsələ ilə bağlı hazırda baş məşqçi olduğu "Beşiktaş" klubuna müraciət edib.
Qeyd edək ki, Şenol Güneş milli komandaya ötən günlərdə təyin edilib. O, rəsmi şəkildə işə iyun ayında başlayacaq.
Gülşən