Türkiyə millisinin baş məşqçisi Şenol Günəşlə yollar ayrılıb.
Qaynarinfo Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Türklər DÇ-2022-nin seçmə oyununda Niderlanda 1:6 hesabı ilə məğlub olub. 2000 - 2004-cü ildə yığmaya rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin fevralında yenidən komandanın baş məşqçi postuna təyin olunmuşdu.
Səbuhi Həsənov