Xəbər lenti

Şenol Günəşdən Terim və Dənizliyə maraqlı təklif
İdman10:59 25.12.2019

Şenol Günəşdən Terim və Dənizliyə maraqlı təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş "TRT Spor"a gündəmə bağlı açıqlamalar verib.
Qaynarinfo xəbər verir ki, Günəş "AVRO-2020"də gözlərin Türkiyənin üzərində olacağını deyib.
"AVRO-2020-yə dünyanın gözünün üzərimizdə olacağı bir oyunla başlayacağıq. Andorra matçı bitən andan planlamamızı davam etdiririk. Hazırlıq matçlarımız, düşərgə yerlərimizin hamısı bəllidir. Azərbaycana düşdüyümüz üçün çox xoşbəxtəm. Azarkeşlər sarıdan deyil, amma gediş-gəlişdə problemlərimiz ola bilər. İki matç arasındakı vaxtı 3-dən 4-ə geri çəkməlidirlər. Zədələnənlərin olmaması və futbolçuların sağlamlığı baxımından deyirəm”, deyə məşqçi bildirib.
Legioner oyunçuların maaşlarını Türk lirəsin ilə almalı olduqlarını dilə gətirən təcrübəli məşqçi əlavə edib: 
"Problem sistemdədir. Klub rəhbərliyi xərclənən pula görə cavabdeh olmalıdır. Cavabdehliyi yalnız TFF-dən gözləmək doğru deyil. Federasiya rəhbərliyi klubları, futbolçuları, hakimləri, məşqçiləri, hamını düşünür. Valyuta ilə qazanma işi bitdi. Türklər türk pulu alaraq oynayırlar. Xaricilər də maaşı türk lirəsiylə alsınlar, çevirəndə də özləri çevirsin, vergisini ödəsin. Bunun da yükü klubların üstünə düşməsin. Qaydalar var, amma icra edə bilmirik.
Legioner limiti məsələsi tamamilə səhv deyil, amma bir az çoxdur. Bu proses başlayanda fonda pul köçürülməliydi. Bu, ədalətli sistem idi, təəssüf ki, sonradan işləmədi. Vacib olan düzəlməyini istəməyimizdir, işləsək, hər şeyə nail ola bilərik”.
Türk futbolundakı problemlərə diqqət çəkən Günəş Fatih Terim və Mustafa Dənizli ilə birləşərək bir kitab yazmalarının faydalı olacağını bildirib: "Mustafa Dənizli, Fatih Terim və mən - üçümüzün birlikdə düşünməyimiz lazımdır. Dənizli və Terim kimi dəyərlər asanlıqla yetişmir. Bəlkə də üz qapağında üçümüzün olduğu bir kitab yazmağımız yaxşı olardı”.
Alpər