"İndiki halda kirayə mənzil bazarında qiymət dəyişikliyi müşahidə olunmur”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert bildirib ki, Azərbaycanda əvvəllər kirayə mənzil bazarında qiymətlərdə dəyişiklik olurdu:
"Xüsusən də tələbələr yay tətilindən qayıdan zaman yeni tədris ilinin başlandığı günlərdə qiymətlər bahalaşırdı. Şəhərsalma tədbirləri sürətləndikcə paytaxtın mərkəzinə yaxın olan ərazilərdə kirayə mənzil bazarında portfelin əsas hissəsini təşkil edən köhnə yaşayış fondları sürətlə azalır”.
Ramil Osmanlı ucuz mənzillərə olan tələbin yüksək olmasını vurğulayıb:
"Amma təklif aşağıdır. Bu səbəbdən də əvvəlki illərdən fərqli olaraq artıq son illərdə kirayə götürənlərin əksəriyyəti mənzili boşaltmır. Yay aylarında ev sahibi ilə razılığa gəlirlər, qiymətin müəyyən hissəsini ödəməklə mənzili saxlayırlar. Əksinə, mən hesab edirəm ki, sentyabra doğru kirayə mənzil bazarında qiymət artımı müşahidə edəcəyik”.
Bahar Rüstəmli