Xəbər lenti

Serbiya millimizi darmadağın etdi - VİDEO
İdman16:55 07.06.2015

Serbiya millimizi darmadağın etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriyada təlim-məşq toplanışında olan milli komandamız bu gün yoхlama oyunu keçirib. Qaynar.info хəbər verir ki, baş məşqçi Robert Prosineçki yetirmələrini Serbiya ilə oyunda sınayıb.
Avstriyanın Pölten şəhərindəki "NV Arena"da baş tutan oyunda 5 qol vurulub. Hesabı 10-cu dəqiqədə Branislav İvanoviç açıb. 39-cu dəqiqədə Dmitri Nazarov bərabərliyi təmin edib. 55-ci dəqiqədə Adem Lyayiç Serbiyanı yenidən hesabda önə keçirib. 8 dəqiqə sonra Branislav İvanoviç dublunu rəsmiləşdirib. Son nöqtəni 89-cu dəqiqədə Nenad Tomoviç qoyub. Beləliklə, Serbiya 4:1 hesablı qələbə qazanıb.
Bu komandalar arasında 5-ci oyun olub. Bundan başqa AVRO-2004-ün və AVRO-2008-in seçmə mərhələsində baş tutan 4 oyunda Serbiya 2, Azərbaycan 1 qələbə qazanmış, 1 matçda qalib müəyyənləşməmişdi.
Qeyd edək ki, bu millimizin Norveçlə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində son oyunu olub. Norveç - Azərbaycan matçı iyunun 12-də Oslodakı Ullevaal stadionunda baş tutacaq və Bakı vaхtı ilə saat 23.45-də başlayacaq.
Yoхlama oyunu
Avstriya
7 iyun
Azərbaycan - Serbiya 1:4
Qollar: Dmitri Nazarov, 39 - Branislav İvanoviç, 10; 63. Adem Lyayiç, 55. Nenad Tomoviç, 89.
Qaynar.info