Xəbər lenti

Serbiyada prezident seçilmiş məşqçi Azərbaycanda işinə davam edəcək? - RƏSMİ AÇIQLAMA
İdman10:30 29.11.2016

Serbiyada prezident seçilmiş məşqçi Azərbaycanda işinə davam edəcək? - RƏSMİ AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məlum olduğu kimi, Serbiya Voleybol Federasiyasının prezidenti postuna keçirilən seçkilərdə Zoran Qayiç qalib olub.

Qaynarinfo.Az Qayiçin həm də Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Telekom" komandasının baş məşqçisi olduğunu nəzərə alıb onun 2 postu icra edib-etməyəcəyi ilə bağlı Bakı klubundan münasibət öyrənməyə çalışıb.

Klubdan bizə bu məlumatı veriblər: "Hələ Qayiç Serbiyaya gedəndə onun namizədliyi haqqında xəbərimiz vardı. Ola bilsin ki, bir komandanın baş məşqçisi həm də federasiya prezidenti olmaqla bir ilkə imza atdı. Bu ilk də bizim klubla bağlı oldu. Ancaq onun bizim klubla müqaviləsi 2018-ci ilədəkdir. Bu üzdən o, hər 2 vəzifəni icra edəcək. Belə baxanda Bakıdan oyunlar üçün Qubaya maşınla getmək və Azərbaycandan Serbiyaya getmək də 3 saatdır. Həm də ki yığmanın oyunları olan vaxt klubların, klubların oyunları olan vaxt isə millilərin oyunları olmur. Ona görə də onun işində axsama olması mümkün deyil. Üstəlik o burda olmadığı vaxt köməkçisi Vasif Talıbov da komandaya məşq keçmək potensialındadır".

Qeyd edək ki, Zoran Qayiç əsas rəqibi Vladimir Qrbiçi 10 səs qabaqlayaraq federasiya prezidenti seçilib.

Qaynarinfo.Az