Xəbər lenti

Sərhədsiz Reportyorlardan Kəlbəcərdəki hadisəyə reaksiya
Ölkə19:10 04.06.2021

Sərhədsiz Reportyorlardan Kəlbəcərdəki hadisəyə reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) bu gün Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan media nümayəndələrinin ölümünə münasibət bildirib.
Qaynarinfo xəbər verir ki, bu barədə beynəlxalq qeyri-hökumət təşkilatı "Twitter"də qeyd edib.
"Bu gün səhər iki azərbaycanlı jurnalist - AzTV-nin operatoru Sirac Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov Dağlıq Qarabağda tank əleyhinə mina partlayışında həlak olublar. Onlar azad olunmuş Susuzluq kəndindən reportaj hazırlamaq üçün göndərilmişdi.
Bu, keçən ilin payızında Ermənistan və Azərbaycan arasında baş verən döyüşlərdən bəri Dağlıq Qarabağda ilk jurnalist ölümüdür. Sərhədsiz reportyorlar bu dəhşətli xəbərdən kədərləndiyini ifadə edir və hər iki tərəfin səlahiyyətli nümayəndələrini bu ərazidə jurnalistləri qorumağa çağırır", - deyə təşkilat bildirib.