Xəbər lenti

Sərnişin avtobusları toqquşdu: yaralılar var
Ölkə09:25 18.04.2013

Sərnişin avtobusları toqquşdu: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda günorta saatlarında sərnişin avtobusları yenidən qəza törədiblər.

Şahidlərin verdiyi məlumata görə, hadisə saat 13:00 radələrində Bayıl qəsəbəsindəki "Azpetrol" yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Məlumata görə, 88 və 124 saylı iritutumlu iki avtobus toqquşub. Qəza nəticəsindfə xeyli insan yaralanıb.

Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsindən ANS PRESS-ə faktı təsdiqləsələr də, hələlik ətraflı məlumatları olmadığı bildirilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, qəza ilə bağlı xoşbəxtlikdən ölən olmayıb. Yarlılar isə Kliniki Tibbi Mərkəzə aparılıblar.

Qəzanın səbəbi araşdırılır.

Qaynar.info