Xəbər lenti

Sərnişin avtobusu qəzaya uğradı - Ölən var
Ölkə05:33 17.09.2016

Sərnişin avtobusu qəzaya uğradı - Ölən var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhəri, Xəzər rayonunda “İVECO” markalı avtobusla “Renault” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qaynarinfo.Az