Xəbər lenti

Sərt karantin rejimi uzadılırsa, əhaliyə bu güzəştlər edilməlidir - İqtisadçı
Ekonomiks06:09 19.06.2020

Sərt karantin rejimi uzadılırsa, əhaliyə bu güzəştlər edilməlidir - İqtisadçı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İşsiz kimi qeydiyyata alınan şəxslərə yenə 190 manat  birdəfəlik ödəmə verilməlidir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu iyunun 21-dən tətbiq edilən sərt karantin rejimindən danışarkən deyib. 
"Əvvala biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən bir neçə dəfə açılış-bağlanış edib, onsuz da pis vəziyyətdə olan azad biznesi məhv edirsiniz? Axı niyə kimlərinsə səriştəsizliyi və səbatsızlığı ucbatından biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir?
Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda iyun və iyul ayları üçün əhaliyə aşağıdakı güzəştlər edilməlidir:
- Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;
- Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;
- Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;
- Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;
- Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılmasını təmin edin”.
Qubad İbadoğlu bildirib ki, əgər bunlar həyata keçirilməsə, gerçəkdən təlatüm gözlənilir: "Bəri başdan xəbərdarlıq edirəm”.
Bahar Rüstəmli