Xəbər lenti

“Şərur” MTK-nın obyektindəki ölümlə bağlı cinayət işi başlandı
Ölkə08:42 08.04.2015

“Şərur” MTK-nın obyektindəki ölümlə bağlı cinayət işi başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda tikintidə baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb.
Bakı Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 7-də “Şərur” Mənzil-Tikinti Kooperativi tərəfindən Binəqədi rayon ərazisində inşa edilən tikintinin 3-cü mərtəbəsindən orada fəhlə işləyən, 1994-cü il təvəllüdlü Nahid Əliyevin yıxılaraq, aldığı xəsarətlərdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qaynar.info