Xəbər lenti

"Şərurlu İsəndiyar" və oğlu şirkətlərini birləşdirdi
Ekonomiks06:09 27.12.2018

"Şərurlu İsəndiyar" və oğlu şirkətlərini birləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Stil Tikinti” Mənzil-Tikinti Kooperativi "Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat yayılıb. 
Elana görə, "Şərur” Mənzil-Tikinti Kooperativi "Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.
Beləliklə, 2001-ci ildə yaradılmış "Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundovun (Şərurlu İsfəndiyar) şirkəti ilə 2004-cü ildə fəaliyyətə başlayan "Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovun şirkətləri birləşib.