Xəbər lenti

Şərurlu İsfəndiyar məhkəmə qərarını icra etmir
Ölkə07:00 18.04.2015

Şərurlu İsfəndiyar məhkəmə qərarını icra etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vəzifəli şəxsləri həbs olunan "Kamran" MMC-nin payçıları Prezident Administrasiyasına (PA) etdikləri müraciətə və Ali Məhkəməyə göndərdikləri şikayətə cavab ala bilmirlər. Mülkiyyət hüquqları pozulan 34 vətəndaş onlara dəymiş zərərin ödənilməsi üçün dövlətin dəstəyinə ehtiyac görür. Onlar yenidən PA-ya və Ədliyyə Nazirliyinə müraciət edəcəklər.
Bu barədə “Bizim Yol”a məlumat verən zərərçəkmiş Asif Əliyev bildirib ki, aldadılmış  vətəndaşların iki tələbi var:  Ya evləri özlərinə qaytarılsın, ya da dəymiş zərərə görə təzminat ödənilsin.  
Tikinti şirkətinin vəzifəli şəxslərinin  cinayət işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişlərə dəymiş zərərin ödənilməsi ilə bağlı qərar versə də,  onlara dəymiş zərər hələ də ödənilməyib. Məhkəmənin hökmündə payçıların mülki iddiasının təmin olunması və vəzifəli şəxslərdən müsadirə olunan əmlakların iddiaçılar arasında bölünməsi qeyd olunub. Payçılar hökm icra olunmadığına görə, bu günlərdə  Ali Məhkəməyə müraciət edərək evlərinin olduğu yaşayış binasına həbs qoyulmasını tələb ediblər.
Qeyd edək ki, “Kamran MMC”-yə məxsus yaşayış binasının idarəçiliyini hazırda "Şaiq" Mənzil Tikinti Kooperativinin rəhbəri, tikinti maqnatı, "Şərurlu İsfəndiyar" adı ilə tanınan İsfəndiyar Axundov edir.
Qaynar.info