"Barselona"nın futbolçusu Serxio Aquero futboldan getdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, futbolçu bunu təşkil etdiyi mətbuat konfransında bildirib. "Mançester Siti"də keçirdiyi möhtəşəm 10 ildən sonra "Barselona"ya transfer olunan argentinalı ulduz bu, keçiddən cəmi 6 ay sonra karyerasnı bitirmək qərarına gəlib. 33 yaşlı futbolçu yayda klub səviyyəsində ilk dəfə yaxın dostu Lionel Messi ilə bir araya gəlmək üçün İspaniyaya köçsə də onların bu tandemi alınmayıb. Çünki Messi "Barsa"dakı maliyyə problemləri üzündən PSJ-yə transfer olundu.
Aqueronun belə qərar verməsinə səbəb ürəyindəki problemlər olub. Ayyarım əvvəl futbolçu ürəyidəki narahatlıq üzündən xəstəxanaya yerləşdirilib. O, açıqlamasında bunları söyləyib:
"Peşəkar futbol oynamağı dayandırmaq qərarına gəldim, bu, çox çətin andır. Verdiyim qərar, ay yarım əvvəl yaşadığım problemə görə oldu. Sağlamlığım üçün belə qərar vermişəm. Həkimlər dedilər ki, ən yaxşısı oynamağı dayandırmaqdır".
Argentinalı ulduz, İngiltərə Premyer Liqasında meydana çıxdığı 390 oyunda 260 qola mza atıb. Bununla yanaşı o, 5 liqa titulunu qazanmaqla klubun qol rekordunu qırıb. "Barselona"da isə 5 oyunda meydana çıxan hücumçu cəmi 1 qolla yadda qalıb. Həmin qolu isə doğma meydanda "Real"la baş tutan prinsipial qarşılaşmada rəqib qapısından keçirib.
Hücumçu Argentina yığmasında 101 dəfə meydana çıxıb və 41 qola müəlliflik edib.
Səbuhi Həsənov