Xəbər lenti

Sərxoş halda
Ölkə 10:40 04.11.2023

Sərxoş halda "102"yə zəng etdi, binanı partladacağını dedi - Həbs olundu

Bakıda Daxili İşlər Nazirliyinin (/DİN) 102 Xidmətinə zəng edərək, gəlib binanı partladacağını deyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 1958-ci il tarixdə Lənkəranda anadan olmuş Elçin Əliyevin (şərti) həyat yoldaşı və qızı Xədicə bir müddət əvvəl evdən çıxaraq geri dönməyiblər. Elçin Əliyev bu barədə polisə məlumat verib, amma Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində aparılan araşdırmadan narazı qalıb. Bu səbəbdən 102 Xidmətinə qurumun inzibati binasına zəng edərək, gəlib binanı partladacağını deyib. 

Elçin Əliyev saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib.  

Elçin Əliyev məhkəmədə ifadəsində sərxoş vəziyyətdə olduğundan 102 Xidmətinə zəng edərək hədə-qorxu gəldiyini etiraf edib. Buna səbəb kimi son dövrlər yaşadığı ailə problemlərini göstərib. Polis bölməsinə dəvət edilən zaman içkinin təsirindən özündə olmadığını və polis əməkdaşları ilə mübahisə edərək, tabesizlik göstərdiyini bildirib. Əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib. 

Məhkəmənin qərarı ilə Elçin Əliyev İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, 15 gün müddətinə həbs edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->