Xəbər lenti

"Sevilya" İsko ilə yolları rəsmən ayırdı
İdman06:39 22.12.2022

"Sevilya" İsko ilə yolları rəsmən ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sevilya" yarımmüdafiəçisi İskonun müqaviləsinə xitam verib.
Qaynarinfo xəbər verir ki, İspaniya klubu futbolçunun gedişini rəsmi saytı vasitəsilə açıqlayıb. Yay transfer pəncərəsində "Real"dan "Sevilya"ya transfer olunan İskonun hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatırdı.
Futbolçu karyerasına Valensiyada başlayan İsko daha sonra "Malaqa"ya keçib. 2013/14 mövsümündə "Malaqa"dan "Real"a keçən ispan futbolçu Madrid komandasının heyətində meydana çıxdığı 352 matçda 53 qola, 56 məhsuldar ötürməyə imza atıb. O, "Real"ın heyətində 19 kuboka sahib olub.
Səbuhi Həsənov