Xəbər lenti

“Sevilya”nın baş məşqçisi "Qarabağ"dan danışdı
İdman05:00 31.08.2019

“Sevilya”nın baş məşqçisi "Qarabağ"dan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sevilya”nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. 
Qaynarinfo xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib. 
Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçısı "Ayaks"a ciddi müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdi və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdu".
Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda "Qarabağ" "Sevilya"nı qəbul edəcək.