
Pərəstiş etdiyi boksçu məğlub olduğu üçün filippinli azarkeşin ürəyi dayanıb.
Uels Kasuyo adlı azarkeş Nonito Doneyrin Ümumdünya Boks Şurasının versiyası üzrə çempionluq kəməri uğrunda döyüşdə amerikalı Cessi Maqdalenoya məğlubiyyətini qəbul edə bilməyib.
62 yaşlı azarkeşin həyat yoldaşı bildirib ki, mərhum ilk olaraq sinəsini tutub və hakimin qalibi elan etməsindən sonra yerə yıxılıb. O, 2010-cu ildən ürək-damar xəstəliyindən əziyyət çəkdiyi üçün müxtəlif dərmanlar qəbul edib.Qaynarinfo.Az