Xəbər lenti

Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə rüsumlar artırılır (VİDEO)
Ölkə18:00 24.11.2017

Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə rüsumlar artırılır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtirilmiş şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu üçün cərimə ləğv edilir. Yəni, artıq bunun üçün inzibati və cinayət məsuliyyəti olmayacaq. Əvəzində isə rüsumlar 10 manat artırılır. Arxiv sənədlərinin rəsmi surətini də müəyyənrüsum ödəməklə daha tez əldə etmək mümkün olacaq.
Şəxsiyyət vəsiqəsinin itirilməsinə görə cərimə ləğv edilir.
"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihə hazırlanıb. Layihəyə əsasən şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun itirilməsi və korlanması ilə əlaqədar bu sənədlərin yenidən verilməsinə görə cərimə əvəzinə rüsumlar müvafiq olaraq 10 manat artırılır. Artıq vəsiqə və pasportları itirən vətəndaşların şəxsi işində inzibati məsuliyyətə cəlb edildiyi öz əksini tapmayacaq.
Millət Vəkili Tahir Kərimli deyir ki, vaxtı bitdiyi üçün dəyişdirilən şəxsiyyət vəsiqələri və ümumvətəndaş pasportları üçün isə rüsumlar əvvəlki qaydada ödəniləcək. Arxivdən sənədlərin rəsmi surətini daha tez almaq istəyənlər üçün də şans yaradılıb. Müəyyən edilmiş rüsumu ödəməklə sənədlərin surətini 3 və ya 7 günə kimi əldə etmək mükmkündür.
Layihə dekabr ayının 1-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.