Xəbər lenti

Şeydayev "Trabzonspor"da ilk rəsmi oyununda qol vurdu - FOTOLAR/VİDEO
İdman13:31 22.09.2016

Şeydayev "Trabzonspor"da ilk rəsmi oyununda qol vurdu - FOTOLAR/VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klubunda rəsmi debütü reallaşıb. 

Qaynarinfo.Az xəbər verir ki, komandanın baş məşqçsi Ərsun Yanal 21 yaşlı hücumçumuza dünən ölkə kubokunda həvəskar liqa təmsilçisi, bir vaxtlar azərbaycanlı futbolçular Elnar Kərimov və Məhəmməd Haqverdiyevin şərəfini qoruduğu "Sərhat Ərdəhanspor"la matçda şans verib. 

Ramil 64-cü dəqiqədə Mehmet Əkicini əvəzləyib. Həmyerlimiz matçın 85-ci dəqiqəsində özünün ilk, komandasının 6-cı qolunu vurub.

Qeyd edək ki, Ramil Şeydayevin adı son oyunlarda heç protokola da daxil edilmirdi. O bu yay keçdiyi klubda yalnız yoxlama matçlarında oynamış, hətta qol da vurmuşdu.

Qaynarinfo.Az