
Slovakiya çempionatında XX turun növbəti oyunları keçirilir.
Qaynarinfo.Az qol.az-a istinadən xəbər verir ki, milllimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Jlina" səfərdə "Senitsa"nın qonağı olub.
Şeydayevin adı matçın protokoluna daxil edilməyib. Ramilin yoxluğunda "Jlina" gözlənilmədən 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, yenilgiyə baxmayaraq, həmyerlimizin klubu 18 oyundan 44 xal toplamaqla çempionatın vahid lideridir.
Qaynarinfo.Az