Xəbər lenti

"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu (FOTOLAR)
Ekonomiks15:55 08.02.2024

"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SOCAR-ın "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub.
Qaynarinfo xəbər verir ki, aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin baş mühəndisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb.
Mikrofon önünə keçən sahibkarların müraciətləri eyniyönümlü - debitor borcun hissə-hissə ödənilməsində tətbiq edilən güzəştlərin bu il də davam etdirilməsi olub. "Açıq mikrofon"da səslənən problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.