Xəbər lenti

“Shahed” dronlarında Ukrayna SİM kartları aşkarlandı
Dünya 14:20 01.12.2023

“Shahed” dronlarında Ukrayna SİM kartları aşkarlandı

Rusiyanın vurulan "Shahed” pilotsuz uçuş aparatında akkumulyator, modem və "Kyivstar” mobil operatorunun SİM kartı aşkarlanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrainska pravda” məlumat yayıb.

Hərbi analitiklər açıq Ukrayna mənbələrinə istinadən bildirirlər ki, Rusiya qüvvələri "Shahed” dronlarına nəzarət etmək üçün Ukraynanın "Kyivstar” mobil operatorun SİM kartlarından istifadə edir.

SİM kart Rusiya qüvvələrinə pilotsuz uçuş aparatının yerini izləmək və uçuş trayektoroyasını dəyişmək üçün "Kyivstar” mobil şəbəkəsindən istifadə etməyə imkan verir.

"Kyivstar” bu vəziyyəti şərh edərək, şirkətin belə hadisələrin baş verməməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->