Xəbər lenti

Si Szinpin Rusiyanın Ukraynaya qarşı müharibəsini bir telefon zəngi ilə bitirə bilər
Dünya 12:16 03.07.2024

Si Szinpin Rusiyanın Ukraynaya qarşı müharibəsini bir telefon zəngi ilə bitirə bilər

Finlandiya prezidenti Aleksandr Stubbun sözlərinə görə, Rusiyanın Çindən asılılığı o həddə çatıb ki, Pekin Ukraynadakı müharibəni "bir telefon zəngi” ilə bitirə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” məlumat yayıb.

"Rusiya indi Çindən çox asılıdır. Prezident Si Szinpindən bir telefon zəngi bu böhranı həll edəcək. Əgər o, "sülh danışıqlarına başlamağın vaxtıdır” desəydi, Rusiya buna məcbur olardı. Onların başqa seçimləri olmazdı”, – Stubb bildirib.

Finlandiya prezidenti həmçinin vurğulayıb ki, Çin Putinin Ukraynadakı "təcavüzkar və müstəmləkə müharibəsinə” son qoymaqdan qazanardı. 
"Bloomberg”in məlumatına görə, Stubb Macarıstanın baş naziri Viktor Orbanın Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə danışıqlar və tezliklə atəşkəslə bağlı təklifini də dəstəkləməyib.

"İndi atəşkəsdə təkid etməkdən söhbət gedə bilməz; Rusiyanın anladığı yeganə şey gücdür. Ona görə də biz indi Ukraynaya nə qədər çox kömək etsək, müharibə bir o qədər tez bitəcək”, – Finlandiya prezidenti əlavə edib.

Daha əvvəl xəbər verilmişdi ki, Çin lideri Si Szinpin Pekində Polşa prezidenti Anjey Duda ilə görüşdə Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsini öz yolu ilə həll etməyə çalışacağını bildirib.

"Si Szinpin vurğulayıb ki, Çinin "Ukrayna böhranı” (Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəni Çin rəsmi olaraq belə adlandırır - red.) ilə bağlı mövqeyi sülh danışıqlarını və siyasi həlli təşviq etməkdir”, - Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->