Xəbər lenti

Sığınacaqda qalan qadınların həyatı təhlükədədir – Birlik sədrindən SOS
Ölkə09:47 10.01.2022

Sığınacaqda qalan qadınların həyatı təhlükədədir – Birlik sədrindən SOS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sığınacaqda qalan qadınların həyatı təhlükədədir”.
Qaynarinfo xəbər verir ki, bu barədə "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Sədr bu məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etdiyini deyib:
"15 yaşında ərə verilən xanımın 2 övladı dünyaya gəlib. Əri oğurluq və s. cinayətlərə görə həbs olunub, 13 il cəza alıb. Həbsdən çıxdıqdan sonra qayınanası və əri qadının bütün əşyalarını, qızıllarını əlindən alıb evdən qovublar. Barışmaq adı ilə qızın ata evinə gələrək orda dəfələrlə onu döyüb. Sual yaranacaq ki, bəs polisə niyə müraciət etməyib? Polisə qadın müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri qalıb. Bu məsələlər artıq ciddi narahatlıq yaradır. Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra çıxmalıdır sığınacaqdan. Bəs onun başına hər hansı hadisə gəlsə, "Ər yoldaşını öldürdü" xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik”.
Mehriban Zeynalova bəri başdan SOS siqnalı verirdiyini diqqətə çatdırıb:
"Sığınacaqda qalan kifayət qədər qadının həyati təhlükəsi hələ də davam edir. Xahiş edirik, tədbir görülsün”.
Bahar Rüstəmli