
Dünən futbol üzrə Avropa çempionatında Lionda Ukrayna və Şimali İrlandiya komandaları arasında keçirilən oyuna baxan 62 yaşlı azarkeş dünyasını dəyişib.
Qaynarinfo.az xəbər verir ki, həmin şəxs Şimali İrlandiya azarkeşi olub.
O, Lion stadionunun üst hissəsindən yıxılaraq həyatını itirib. Stadiondakı tibb işçiləri dərhal müdaxilə etsələr də, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iyunun13-də Nitsa şəhərində də Şimali İrlandiyadan olan azarkeş dünyasını dəyişmişdi. 24 yaşlı Darren Rocers 8 metrlik yüksəklikdəki baryerdən aşmaq istəyərkən ölmüşdü.
Qaynarinfo.az