XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Şimali Koreya dövlət televiziyasından məsləhət: Gündə bir litr pivə için!
Dünya18:45 19.08.2026

Şimali Koreya dövlət televiziyasından məsləhət: Gündə bir litr pivə için!

Şimali Koreyada vətəndaşlara avqust istisindən qorunmaq üçün qeyri-adi üsul - gündə bir litrə qədər pivə içmək tövsiyə olunub. Bu məsləhət ölkə hüdudlarından kənarda bir çox insanı təəccübləndirib.

Qaynarinfo xəbər verir ki, “Dexerto”nun məlumatına görə, tövsiyə Şimali Koreya dövlət televiziyasının yay istisinə necə dözmək barədə hazırladığı yeni verilişdə səsləndirilib. Proqramda bir litr pivə “istidən qurtulmaq üçün effektiv içki” kimi təqdim olunub. Bununla yanaşı, tamaşaçılara spirtli içkidən sonra su və ya zəif çay içmək tövsiyə edilib.

Veriliş zamanı bir məmur yüksək temperatur şəraitində istidən qorunma üsullarından danışıb. Ekranda isə soyuq pivə ilə dolu stəkanlar nümayiş etdirilib. Əlavə olaraq buz qırıntıları, meyvə şirəsi və südlü çay da qeyd olunub.

Pivə həqiqətən istidən qoruyur?

Məlumata görə, pivənin orqanizmə isti ilə mübarizədə kömək etdiyini təsdiqləyən tibbi sübut yoxdur. Əksinə, spirt orqanizmdə susuzlaşmanı artıra bilər. Bu səbəbdən mütəxəssislər isti havalarda əsas içki kimi adi suyu tövsiyə edirlər.

Aydın