
Bu gün Topaz Premyer Liqasında III tura start veriləcək.
İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Günün yeganə oyununda “Neftçi” “Simurq” qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq matç saat 21.00-da başlayacaq. Qarşılaşmanı Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, komandalar arasında son 9 oyunda “Simurq” qələbə qazana bilməyib və sadəcə 2 matçda meydandan 1 xalla ayrılıb. Ümumiyyətlə 16 oyundan yalnız 1-də Zaqatala klubu “ağ-qaralar”dan üstün olub ki, həmin qarşılaşma isə 2009-cu ilin 27 sentyabrında baş tutub. Yəni “Simurq” təxminən 4 ildi ki, “Neftçi”ni uda bilmir.
Premyer Liqa
2013/14 mövsümü
III tur
17 avqust
Neftçi – Simurq
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Bakcell Arena”. Saat 21.00.
Qaynar.info