Xəbər lenti

Sınaq imtahanının nəticələri açıqlandı
Ölkə14:13 24.04.2013

Sınaq imtahanının nəticələri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprel 21-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nəticələr komissiyanın internet saytında yerləşdirilib. Aprelin 21-də keçirilən sınaq imtahanı TQDK-nın bu il ərzində keçirdiyi sayca 3-cü, yeni kitabça ilə olan 2-ci imtahanıdır.

Qeyd edək ki, sınaq imtahanı respublikanın 28 şəhər və rayonunda 49 binada təşkil olunub. İmtahanda 35 minə yaxın abituriyent iştirak edib.

Qaynar.info